24 C
Bakı
16 Oktyabr 2026 17:08
CəmiyyətHadisəŞikayət

Bakıda məşhur klinikanın girişinə kilid vuruldu – FOTO

Bakıda fəaliyyət göstərən özəl klinikalarından biri – “Reo-Med” klinikasının girişinə kilid vurulub.

 

Tacxeber.com Nyus24.az-a istinadən xəbər verir ki, bir neçə gündür klinikanın fəaliyyətini dayandırdığı iddia edilir.

 

Qeyd edək ki, 29 yaşlı qadın iyunun 11-də əməliyyat üçün “Reo-Med” klinikasına müraciət edib və 2 iyul tarixində həyatını itirib. Gənc xanımın ölümündə “Reo-Med” klinikasının direktoru Əli Hüseynov, həkimi Mətanət Eyvazova və anestezioloq Babək Mahmudov ittiham edilib. Son günlər bu mövzu sosial şəbəkələrdə və KİV-də geniş müzakirələrə səbəb olub.

Bunu da bildirək ki, klinikanın binasına yazılan “Reo-Med” yazısı da üzərindən götürülüb.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan Qanunvericiliyi uşaqların dini barədə nə deyir? Və nələr edilməsi yaxşı olar?

redaktor

Ermənistanda hicab azaddır? Cəhalətin təbliğata çevrildiyi nöqtə

redaktor

Davranış insanın ən güclü vizit kartıdır

redaktor