Dünya

Nar şirəsini turistə 61 manata satdılar, işə polis qarışdı – FOTO

Antalyada nar şirəsinin 1200 lirə ( 61 manata ) satılması turistlərin narazılığına səbəb olub.

 

Xarici ölkədən Türkiyəyə dincəlməyə gedən turistlər qiymətlərin fantastik dərəcədə baha olmasından şübhələnərək polisə müraciət ediblər.

 

Məlum olub ki, satıcılar ölkədə ilk dəfə olan vətəndaşlara qiymətləri olduğundan baha deyərək fırıldaqçılıq edirlər.

 

Polis turistlərin əlavə ödədiyi pulu onlara verib, satıcılara xəbərdarlıq edib.

 

Qeyd edək ki, hazırda İstanbulda ( Sultanahmet / Fatih ərazisi ) dönər 21 manata satılır.

Tacxeber.com

 

 

Oxşar xəbərlər

Türkiyənin İrana 40 dəqiqə öncədən xəbərdarlığı nə idi?

redaktor

Netanyahu: İran məni və həyat yoldaşımı öldürməyə cəhd etməklə çox böyük səhvə yol verdi

redaktor

Ekofəallar Nusrətin Londondakı restoranına basqın etdilər – VİDEO

admin