20 C
Bakı
24 İyun 2025 07:47
Cəmiyyət

Müəllim maaşı ikiqat artsa, nə dəyişəcək? – Sabiq nazir

 

Məktəblərdə müəllimə, şagirdə, təlim-tərbiyəyə yaraşmayan halların yaşanması məyusedici vəziyyətdir. Bu hallar sosial mediada daha geniş yayılaraq, təhsilə hörməti aşağı salır.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri sabiq təhsil naziri Misir Mərdanov “Demədi Demə” Yutub kanalının “Qara-qırmızı” layihəsində qonaq olarkən deyib.

 

O bildirib ki, cəmiyyətdə müəllimə münasibət dəyişib:

 

“Daha çox vəzifədə olan adamlar müəllim peşəsi ilə digər peşələri fərqləndirmirlər. Ancaq bu, belə deyil. Əsl müəllim mühazirəsinə 3-4 gün artist kimi güzgünün qarşısında hazırlaşmalıdır. Onun əməyi auditoriyada keçirdiyi saatlardan daha çox evdə peşəsinə etdiyi yatırımıdır. Bu keyfiyyətlərə sahib ola bilməyən müəllimin nə valideynlər, nə də cəmiyyət qarşısında hörməti olacaq. Onun nüfuzunun qalxması, yaxud düşməsinin əsas səbəbkarı elə müəllimin özüdür. Müəllim açıq deməlidir ki, sənin uşağın burada idi, mən onu addım-addım buraya gətirdim. Bizim cəmiyyətdə peşəsinin vurğunu olan insana həmişə tələbat və hörmət olub”.

 

O, müəllimlərin maaşının yüksəksəldilməsi məsələsinə də toxunub:

 

“Müəllimin maaşının yüksək olması yerində edilən bir tələbdir. Ancaq əmin deyiləm ki, müəllimin maaşı 2 dəfə artsa, keyfiyyətinə bir o qədər təsir edəcək. Elə sahələr olub ki, maaşların bir neçə dəfə artmasına baxmayaraq, nəticə elə həminki olub”.

Tacxeber.com

Oxşar xəbərlər

Səhiyyə Nazirliyi: Ölümündən sonra orqanlarını bağışlamaq istəyən şəxslərin sayı 3 dəfə artıb

redaktor

Toralın qolu Avroliqada ən yaxşı seçildi – Video

admin

Nigar Arpadarai COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu seçilib – FOTO

redaktor