Siyasət

Əli Əhmədovla bağlı şok plan – Adil Əliyevin yerinə gətirilir

 

Hakim Yeni Azərbaycan Partiyasının sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlaması ciddi müzakirələrə səbəb olub. Kifayət qədər məşhur şəxsləri qapı arxasında qoyan iqtidar partiyası seçki mübarizəsinə sürpriz isimlərlə qoşulub.

 

Tacxeber.comxəbər verir ki, YAP-ın deputatlığa namizədlərinin siyahısında baş nazirin müavini Əli Əhmədovun da adı var. Hökümətdə yüksək post tutan məşhur YAP-çının deputatlığa namizəd olması çoxsaylı suallar doğurub.

 

“Yeni Sabah” bu məsələnin təfərrüatını öyrənə bilib.

 

Hakimiyyətdə yüksək post tutan şəxslərdən biri saytımıza açıqlamasında Əli Əhmədovun namizədliyinin YAP tərəfindən irəli sürülməsinin təsadüfi olmadığını bildirib. Qeyd edib ki, məşhur YAP-çı yaxın günlərdə tutduğu postdan – Baş nazirin müavini vəzifəsindən istefa verərək, seçki mübarizəsinə qoşulacaq. Mənbə deyib ki, Əli Əhmədovun Milli Məclisin rəhbərliyində təmsil olunması nəzərdə tutulub. O, sabiq vitse-spiker Adil Əliyevi əvəzləyəcək.

Tacxeber.com

Oxşar xəbərlər

Müharibənin indiki mərhələsində ABŞ və İsrail fərqli hərbi-siyasi hədəfləri seçiblər.

redaktor

“Ukrayna faciəsi”nin niyə və necə törədildiyinin şifrələri: Tramp Makronu da diz çökdürdü, ABŞ fantastik sərvətə can atır

admin

Azərbaycan – Rusiya QALMAQALI süni yaradılıb? Şübhəli fakt.

admin