14 C
Bakı
27 Sentyabr 2025 12:52
Siyasət

Deputat geri çəkildi, qızı eyni dairədən namizəd oldu – FOTO

 

Azərbaycanda bu il sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Artıq seçkidə iştirak edən şəxslər hansı dairələrdən namizədliyini irəli sürəcəklərini elan edirlər.

 

Tacxeber.comxəbər verir ki, Lent.az-a açıqlama verən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı səhhəti ilə bağlı bu il parlament seçkilərində iştirak etməyəcəyini bildirib:

 

“Bu il iştirak etməyəcəm. Səhhətimdə bəzi problemlər var. Ona görə namizəd olmamağı qərara aldım”.

 

Partiya sədri qızı Günay Ağamalının namizədliyi ilə bağlı xəbərlərə də aydınlıq gətirib. Onun sözlərinə görə, qızı 65 sayılı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olub:

 

“Bu il qızım seçkilərdə iştirak edəcək. Artıq namizədliyi təsdiq olunub. Qızım Günay Ağamalı 65 sayılı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olub”.

Tacxeber.com

Oxşar xəbərlər

“Ukraynalılar işğalçılara torpaq verməyəcək” – Tramp-Putin görüşü öncəsi Zelenskidən sərt açıqlama

redaktor

Trampın nə etdiyini çox qısaca izah.

admin

Vuçiçdən xəbərdarlıq: Heç kim əfv olunmayacaq

redaktor