24 C
Bakı
22 İyun 2025 15:40
İqtisadiyyat

Mehdiyevlərin bankının qazancı azalır

 

“Bank BTB” ASC-nin xalis mənfəəti azalıb.

 

Tacxeber.com-ın məlumatına görə, 2024-cü ilin ikinci rübündə bankın mənfəəti 226 min manat təşkil edib.

 

Bu isə 2023-cü ilin ikinci rübü ilə müqayisədə 26,9% azdır.

 

Sözügedən dövrə bankın xalis faiz gəliri 5 mln 942 min manat, xalis faiz xərcləri isə 3 mln 637 min manat təşkil edib. Əməliyyat mənfəəti 2 mln 304 min manat olan bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 708 min manat ayırıb və gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən xərci 2 mln 786 min manat təşkil edib. Nəticədə, bank cari ilin ikinci rübünü 226 min manat xalis mənfəətlə başa vurub.

 

Ümumilikdə, bankın cəmi aktivləri illik müqayisədə 3,9% azalaraq 366 mln 259 min manat, cəmi öhdəlikləri 5,2% azalaraq 313 mln 617 min manat təşkil edib.

 

“Bank BTB” ASC-nin cəmi kapitalı isə 4,7% artaraq 52 mln 642 min manat olub.

 

Xatırladaq ki, “Bank BTB”nin səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza adiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur. Nigar Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda bir sıra kommunal xidmətlərin qiymətləri müəyyənləşdirilib

redaktor

Xalq artistinin 15 milyon manata satışa çıxardığı evi alan yoxdur  .

admin

Pulumuzu harda saxlayaq: Yastığın altı daha təhlükəsizdir, yoxsa bank kartları?

redaktor