19 C
Bakı
26 Sentyabr 2025 20:42
Dünya

Tsekovdan İDDİA: Trampa sui-qəsdi Ukrayna edib

“Trampa sui-qəsdi Ukrayna edib”.

 

Tacxeber.com xəbər verir ki, bu iddia ilə Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin üzvü Sergey Tsekov çıxış edib.

 

“ABŞ hakimiyyətini sui-qəsd cəhdində Ukrayna xüsusi xidmət orqanlarının iştirakı ilə bağlı versiyanı nəzərdən keçirməyə çağırıram”, – Tsekov bildirib.

 

O, Kiyev rejiminin ABŞ prezidenti seçiləcəyi təqdirdə Ukraynadakı hərbi münaqişəyə son qoyacağını vəd edən Trampla bağlı dəfələrlə çox nalayiq bəyanatlar verdiyini nəzərə çatdırıb.

 

Tsekov Ukrayna Prezidenti Vladimir Zelenskinin maliyyə dəstəyini və varlanmaq yolunu itirə biləcəyi üçün Trampın hakimiyyətə gəlməsindən qorxduğunu deyib.

 

Xatırladaq ki, Pensilvaniyada seçki mitinqi zamanı Trampa atəş açılıb və o qulağından yüngül xəsarət alıb.

Tacxeber.com

Oxşar xəbərlər

Sevginiz elə bu qədərmiş… – Fransa Qarabağ ermənilərinə sığınacaq verməkdən niyə İMTİNA ETDİ?

redaktor

Hikmət Hacıyev Zəngilan Hava Limanından paylaşım edib – VİDEO

redaktor

Vilayət Eyvazov Xankəndiyə yeni DYP rəisi təyin etdi

redaktor