24 C
Bakı
11 Avqust 2025 22:35
İdman

General Qurban Qurbanova “zerkalnıy” nömrə hədiyyə etdi

 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova jest edib.

 

Tacxeber.com Sportinfo.az-a istinadən xəbər verir ki, o, Ağdam klubunun çalışdırıcısına “77-QQ-777” seriyalı dövlət nömrə nişanı bağışlayıb.

 

Bu da təsadüfi deyil. Generalın futbola böyük həvəsi var. “Qarabağ”ı xüsusən diqqət mərkəzində saxlayır.

 

Öncəki illərdə “Turan Tovuz”a maddi dəstək vermiş R.Zeynalov ara-sıra stadiona da baş çəkir, “köhlən atlar”ın avrokuboklarda keçirdiyi ev oyunlarını izləyir.

Tacxeber.com

Oxşar xəbərlər

Çox güc sərf etməli olacağıq – Qurbanovun “Elfsborq” şərhi

redaktor

Danışıqlar yekunlaşır, Juninyo “Sevilya”ya keçir – Transferin vaxtı

admin

Qurban Qurbanovun oğlu nişanlandı – VİDEO

redaktor