Sağlamlıq

Həkim xəbərdarlıq etdi: Ağrıkəsicilər öldürür

 

Şiddətli ağrılar zamanı insanlar əlacsız qalaraq çıxış yolunu ağrıkəsicilərdə görürlər.

 

Bəziləri hətta bunu vərdişə çevirirlər.

Bəs müvəqqəti olaraq ağrını hiss etdirməyən bu preparatların insan orqanizminə zərəri varmı?

 

Həkim Abbas Bağırov bildirib ki, uzun müddət ağrıkəsicilərdən istifadə nəticəsində mədə-bağırsaq qanaxmaları, böyrək, qaraciyər çatışmazlığı kimi hallar ortaya çıxır:

 

“Bunlar da öz növbəsində ölümcül vəziyyətə gətirib çıxara bilər. Eyni zamanda ağrıkəsicilərin uzun müddət istifadəsi qan yaranma sisteminə mənfi təsir göstərməklə qanın trombositlərinin miqdarını aşağı salır, laxtalanma sisteminin funksiyasını pozur və daxili qanaxmaya səbəb ola bilir”.

Ətraflı Baku TV-nin süjetində:

Tacxeber.com

Oxşar xəbərlər

Bu balıq xərçəngə səbəb ola bilər

redaktor

Günorta yuxusu yaddaş və intellekti yaxşılaşdırır

redaktor

Şirniyyatlar niyə narkotik kimi asılılıq yaradır? – Alimlər səbəbini tapdı

redaktor