24 C
Bakı
26 Sentyabr 2025 16:00
Maraqlı

Dünyadan 64 işıq ili uzaqda: Planeti lax yumurta qoxusu bürüdü

Dünyadan 64 işıq ili uzaqda: Planeti lax yumurta qoxusu bürüdü

ABŞ-nin Con Hopkins Universitetinin tədqiqatçıları “James Webb” kosmik teleskopundan istifadə edərək, Yer kürəsindən 64 işıq ili uzaqlıqda yerləşən HD 189733 b adlı ekzoplanetin atmosferində hidrogen sulfid tapıblar.

 

Tacxeber.com teleqraf.com-a istinadla xəbər verir ki, elm adamları ekzoplanetin bu molekula görə lax yumurta qoxuya biləcəyini deyirlər.

 

Astrofizik Quanvey Fu təxminən 950 dərəcə selsi istilyə malik planetdə həyat axtarmadıqlarını, amma atmosferində hidrogen sulfidin tapılmasının bu molekulun digər planetlərdə də aşkarlanmasına yönəlik mühüm addım olduğunu deyib.

 

Fu kükürdün karbon, azot və oksigen kimi kompleks molekulların əmələ gəlməsində önəmli olduğunu qeyd edib.

 

Hidrogen sulfidin lax yumurtaya bənzər pis qoxu yaydığı məlumdur.

Tacxeber.com

Oxşar xəbərlər

Yadplanetlilər ən çox bu şəhərlərdə görülüb

redaktor

Türkiyədə misli görünməmiş olay

admin

Bu kənddə demək olar hər kəs böyrəyini satıb – FOTOLAR

admin