28 C
Bakı
13 Avqust 2025 20:20
Dünya

Sabiq prezident dövlət xəzinəsini talamaqda ittiham edilir

Filippinin sabiq prezidenti Rodriqo Duterte dövlət xəzinəsini talamaqda ittiham edilir.

 

Tacxeber.com teleqraf.com-a istinadən bildirir ki, bu iddia ilə bağlı keçmiş senator Antonio Trillanes Ədliyyə Nazirliyinə şikayət edib.

 

Keçmiş senator iddia edir ki, sabiq prezident Rodriqe Duterte və onun müavini milyonlarla dollar dəyərində dövlət infrastrukturu tikinti tenderlərini öz tərəfdarlarına paylayıb və dövlət xəzinəsini talayıb. Antonio Trillanes iddia edib ki, 2007-2018-ci illər arasında ümumi dəyəri 114 milyon dollar olan 100-dən çox tender Dutertenin müavininin ata və qardaşına məxsus iki tikinti şirkətinə verilib. Sözügedən şirkətlərin irimiqyaslı infrastruktur tikintisini həyata keçirmək üçün resurs və ya işçi qüvvəsinin olmadığını müdafiə edən Trillanes Duterteni dövlət xəzinəsini talamaqda ittiham edib.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyada qadın 3 il ərinin mumiyalanmış cəsədi ilə yatıb – FOTO/VİDEO

redaktor

Rişi Sunak Mühafizəkarlar Partiyasının yeni lideri seçilib. Bu o deməkdir ki, o, tezliklə Böyük Britaniyanın baş naziri olacaq.

admin

Dünya Qarabağdakı mina problemini görməzdən gəlir – Ahmet Uysal

redaktor