Dünya

Qərb diplomatları Pezeşkiana şübhə ilə yanaşır – Mənbə

Tehrandakı Qərb diplomatları yeni prezident Məsud Pezeşkianın dövründə ölkələrinin İranla münasibətlərinin yaxşılaşacağına şübhə edirlər.

 

Tacxeber.com “The Financial Times”a istinadla xəbər verir ki, bu barədə  anonim mənbələe danışıb.

 

Onların fikrincə, İranda mənəvi lider Ayətullah Xamnəi və İslam İnqilabı Keşikçiləri Korpusuna (“Sepah”) bağlı olan siyasi sistem Pezeşkiana ölkədə genişmiqyaslı daxili islahatlar aparmağa və xarici siyasət kursunu dəyişməyə imkan verməyəcək.

 

“Biz Pezeşkiyanın sözlərini böyük maraqla dinləyirik, lakin sözlə əməl aşmır. Bizə hərəkətlər lazımdır”, – deyə Qərb diplomatlarından biri vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistan parlamentində deputatların davasının görüntüsü yayıldı – VİDEO

redaktor

Rusiyada xarici mesencerlərdən istifadə edənlər cərimələnəcəklər

redaktor

Kliçko Zelenski administrasiyasını hakimiyyət orqanlarını qorxutmaqda İTTİHAM ETDİ

redaktor