25 C
Bakı
30 İyul 2025 23:12
Siyasət

İsa Qəmbər – Arif Hacılı müəmması: Hakimiyyətdən işarə gözləyirlər?

 

Xəbər verdiyimiz kimi, Müsavat Partiyası sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlayıb. Müsavat Divanı 27 dairə üzrə mübarizə aparacaq partiya üzvlərinin namizədliyini təsdiqləyib.

 

Tacxeber.com xəbər verir ki, siyahıda İsa Qəmbər, Arif Hacılı, Arzu Səmədbəylinin və Müsavat Partiyasının digər məhşur simalarının adları yoxdur.

 

Müsavatın ilkin siyahısı müzakirəsiz ötüşməyib. Sosial şəbəkələrdə bu qərarın hakimiyyətlə əlaqəli olduğu iddia edilir. Bəzi siyasi fəallar siyahıda İsa Qəmbər, Arif Hacılı, Arzu Səmədbəyli kimi məhşur müsavatçıların olmamasını YAP-la əlaqələndiriblər. Onların qənaətinə görə, hakim partiya özünün namizədlərini açıqlamadığı üçün Müsavat ağır çəkili funksionerlərinin mübarizəyə qoşulacağı dairələri açıqlamağa tələsmir.

 

Bir çox analitik iddia edir ki, YAP bəzi dairələri müxalifətdən olan opponentləri üçün boş saxlayacaq, yaxud həmin dairələrdən zəif namizəd irəli sürəcək. İsa Qəmbər-Arif Hacılı cütlüyünün bu üzdən namizədliklərini açıqlamadığı deyilir.

Tacxeber.com

Oxşar xəbərlər

Kılıçdaroğlu seçilsə, Türkiyədə bunlar baş verəcək

redaktor

“Putin odla oynayır, Rusiyanın başına çox pis şeylər gələr” – Tramp

admin

Putin seçkiqabağı görün nə etdi – Yeni fərman

redaktor