Dünya

10-a yaxın Çin şirkəti Qarabağda iş qurmaq istəyir

İndiyədək 10-a yaxın Çin şirkəti Qarabağ bölgəsində biznes qurmaq üçün müraciət edib.

Tacxeber.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Şanxay Əməkdaşlıq Təşkilatı Nümayiş Zonası – Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransında deyib.

O bildirib ki, bu ərazilərdə inkişaf çərçivəsində həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları innovativ həllərdən istifadəni tələb edir:
“Ona görə də, biz çinli sahibkarları bu sahədə aktiv olmağa dəvət edirik”.

“Agentliyimiz bütün zəruri mərhələlərdə, o cümlədən müvafiq orqanlarla koordinasiya və uyğun yerli tərəfdaşların müəyyən edilməsində lazımi dəstək göstərməyə hazırdır”, – deyə O. Məmmədov əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Tramp Putin üçün kabus, Ukrayna üçün isə fürsətdir – İDDİA

redaktor

43 ay sonra PKK lideri ilə ilk görüş – Nələr danışılıb?

admin

ATACMS-lara qənaət edilmir: kütləvi hücum… – Narojnıy

admin