28 C
Bakı
12 Avqust 2025 22:01
DünyaMuharibəSiyasət

Gəmilər Türkiyə sərhədlərinə girmək üzrədir: 24 saat ərzində… – Xəbərdarlıq edildi

 

“Önümüzdəki 24 saat ərzində Şərqi Aralıq dənizində qəribə bir qarşılaşma olacaq”.

 

Bunu türkiyəli jurnalist Tevfik Kadan deyib. O, Şərqi Aralıq dənizində baş verən hadisələrlə bağlı xəbərdarlıq edib.

Jurnalist bildirib ki, Cənubi Kiprdən Yunanıstana uzanan sualtı rabitə kabelini çəkən “C/S Teliri” adlı İtaliya bayraqlı gəmi hazırda Meis adasının qərbinə doğru hərəkət edir.

 

“Gəmi yaxında Türkiyə ilə Liviya arasında imzalanan EEZ sərhədlərinə daxil olacaq. Türkiyə Hərbi Dəniz Qüvvələri yəqin ki, gəmini izləməyə davam edəcək. Lakin Yunanıstan tərəfi Misirlə qeyri-qanuni imzaladıqları EEZ müqaviləsinə istinad edərək, bu bölgənin onlara məxsus olduğunu iddia edir. Üstəlik, Yunanıstan həmin ərazidə “C/S Teliri” ilə görüşmək üçün bölgəyə raket yüklü gəmi “HS Grigoropoulos” göndərdilər.

 

Biz indi Türkiyə-Liviya razılaşmasının yaratdığı dəniz zonasında fəaliyyət göstərməliyik. Biz TPAO-ya lazımi lisenziyaları verməliyik və qazma/seysmik gəmilərimizi tez bir zamanda bölgəyə göndərməliyik. Biz bu bölgədə hərbi təlimlər planlaşdırmalıyıq. Çünki buranı əlimizdən almağa çalışanlar çoxdur”, – Tevfik Kadan əlavə edib. (Publika.az)

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya bir böyük şəhəri nəzarətə götürsə… – Markovdan ŞOK

redaktor

Siyavuş Novruzov: “Fərqi yoxdur, Rusiyada yaşayan azərbaycanlı, ya rus, səfərbərliyə getməlidirlər”

redaktor

Paşinyan Rusiyadan üz döndərdiyini rəsmən elan etdi

redaktor