29 C
Bakı
14 Avqust 2025 11:28
Cəmiyyət

Tarixçi alim və həyat yoldaşına hökm oxundu

 

Qarabağ bölgəsində tədqiqat aparılması üçün ayrılmış külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları, tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Tacxeber.com Teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevaya elan edilmiş ittihamla təqsirli biliniblər. Onların barəsində şərti cəza təyin olunub.

 

İttihama görə, Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayeva Qarabağ bölgəsində tədqiqat aparılması üçün ayrılmış vəsaitin 92 min 700 manatını mənimsəməkdə təqsirləndirilir.

 

Səbuhi Hüseynov və Gülüstan Əliyeva barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

 

Cinayət Məcəlləsinin 179.3.2- ci maddəsi ilə 5 ilə, 308.2-ci maddəsi ilə 7 ilə, 313-cü maddəsi ilə isə 2 ilə qədər cəza nəzərdə tutulub.

 

Cinayət işi üzrə zərərçəkmiş qismində Azərbaycan Milli Elmlər Akademiyasının Arxelogiya, Etnoqrasiya və Antropoligiya İnstitutu tanınıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Aygün Bəylərə hansı adı verməliydim ki?” – Əbülfəs Qarayev

redaktor

Rəşid Mahmudov qadın məsələsində şahmatçı ilə həmrəy oldu

redaktor

Azərbaycanla Ermənistan razılığa gəldi: Noyabrda sülh müqaviləsi imzalanacaq – Sensasion iddia

admin