24 C
Bakı
22 İyun 2025 10:46
Cəmiyyət

Məşhur xəstəxana iki aydır işçilərinə maaş vermir: Respublika Pediatriya Mərkəzində nə baş verir?

Bakıda Respublika Pediatriya Mərkəzinin işçiləri iki aydır maaşlarını ala bilmirlər.

 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, keçmiş adı Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası olan müəssisə öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Kliniki Tibbi Mərkəzin icraatına verilib.

 

Daha sonra isə sözügedən xəstəxana Respublika Pediatriya Mərkəzinin icraatına verilib.

 

Xəstəxananın işçiləri TƏBİB-in tabeliyindəki KTMT-dən işdən çıxarılıblar. Onlar təzə qurumda rəsmi olaraq işə götürülmələrini gözləyirlər. Lakin proses iki aydır uzandığından işçilər əməkhaqlarını ala bilmirlər.

 

Qeyd edək ki, mərkəzin direktoru Azər Əhmədovdur.

Tacxeber.com

Oxşar xəbərlər

Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar: sağ qalan sərnişin ilk dəfə açıqladı – VİDEO

redaktor

Antalyadan İrəvana 50, Bakıya isə 274 dollara təyyarə bileti…

admin

Aqşin Fateh onu sevən xanım üçün canlı efirə zəng etdi: “Nənəm yaşında qadındır” – VİDEO

redaktor