CəmiyyətHadisəQalmaqal

Mərkəz direktoru Masazırda yarım milyonluq villa tikdirir? – FOTOLAR

Azərbaycanda vəzifə sahibi olan şəxslərin böyük bizneslərə, obyektlərə, dəbdəbəli vilalara sahib olmaları barədə çox yazılıb. Dövlətdən maliyyələşən təşkilatlara rəhbərlik edən əksəriyyət məmurların sahib olduqları var-dövlətlə aldıqları məvaciblər isə böyük ziddiyyət təşkil edir desək heç yanılmarıq.

Tacxeber.com azfakt.com-a istinadən  xəbər verir ki, Abşeron rayon Masazır qəsəbəsi yoncalıq deyilən ərazidə Bakı şəhəri 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gülarə Quluzadə dəbdəbəli villa tikdirir.

Ərazidə yaşayan sakinlər youtube sosial şəbəkəsində səsləndirdikləri şikayətdə bildirirlər ki, Gülnarə Quluzadə tikdirdiyi villanın ətrafındakı evlərə gedən kanalizasiya xəttini dağıtdırıb.

Bildirək ki, villanın hazırkı sonra bazar qiymətinin yarım milyondan manata yaxındır.
Qeyd edək ki, Gülarə Quluzadənin rəhbərlik etdiyi 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Yasamal, Sabunçu və Pirallahı rayonlarını əhatə edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Tacxeber.com

Oxşar xəbərlər

“Bu şeirin Şəhriyara heç bir aidiyyəti yoxdur…” – “Heydərbabaya salam” necə yazıldı? – FOTO

admin

“Moskvanın düşməni olmaq təhlükəli, Moskvanın dostu olmaq ölümcül təhlükəlidir”

redaktor

Tehrandan Frankfurta uçan təyyarənin şassisindən meyit tapıldı

admin