28 C
Bakı
12 Avqust 2025 18:58
İdman

“Türkiyə ilə oyunda varımızı-yoxumuzu meydana qoyacağıq”

 

Avstriya millisinnin baş məşqçisi Ralf Ranqnik Avro-2024-ün 1/8 finalında bu gün Türkiyəyə qarşı keçirəcəkləri görüş haqqında danışıb.

 

Tacxeber.comxəbər verir ki, mütəxəssis 1/4 finala adlamaq üçün əllərindən gələni edəcəklərini deyib:

 

“Qrup mərhələsində Leyptsiqdə 1/8 final oyununa çıxacağımızı söyləsəydilər, deyərdim ki, çox nikbinsiniz. Bu mərhələdə olmağımız möhtəşəmdir. Türkiyə millisinin çox güclü olduğunu bilirik, amma bu görüş üçün yaxşı həll yolları tapmağa çalışırıq. Türkiyə ilə yoxlama oyununda qazanılan qələbənin bugünkü matça aidiyyəti yoxdur. Xüsusi bir üstünlüyə sahib olduğumuzu düşünmürük. Öz futbolumuzu oynayacağıq. Varımızı-yoxumuzu bu gün meydana qoyacağıq”.

 

Qeyd edək ki, Avstriya – Türkiyə oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar mart ayında yoxlama görüşündə üz-üzə gəliblər. Həmin oyunda Avstriya 6:1 hesablı qələbə qazanıb.

Tacxeber.com

Oxşar xəbərlər

Dünya çempionatı: Güləşçimiz erməni rəqibini məğlub edərək finala çıxdı

redaktor

Tərlan Əhmədov: “İsti suyumuz olmur, komanda məşqdən sonra gedib evdə yuyunur”

redaktor

Bu gün Misli Premyer Liqasında bu oyunlar keçiriləcək.

admin