Dünya

Bloomberg: Donorlar Baydenin əvəzlənməsini istəyirlər

 

Demokrat Partiyasının donorları ABŞ prezidenti Cozef Baydenin debatdakı çıxışından sonra namizədin əvəzlənməsinin lazım olduğu qənaətinə gəliblər.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

 

Debatdan sonra donorlar demokratların yeganə ümidinin Baydenin getməsi olduğuna dair müzakirələrə başlayıblar.

 

Agentlik qeyd edib ki, tez-tez xatırlananlar arasında ABŞ-ın vitse-prezidenti Kamala Harris, Kaliforniya qubernatoru Qevin Nyusom və Miçiqan qubernatoru Qretçen Uitmar da var idi.

 

“Boomberg” məqaləsində müzakirələrdən sonra ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Ağ Evə qayıtmaq üçün favorit” olduğu vurğulanıb.(Report)

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğan uşaqlara pul payladı – VİDEO

redaktor

Atasının qatilini cəzalandırmaq üçün polis oldu: Qatil 25 il sonra tapıldı

redaktor

Türkiyənin yeni hərbi təyyarəsi olacaq

redaktor