4 C
Bakı
11 Fevral 2026 20:55
Sağlamlıq

Uzunmüddətli tənhalıq insult riskini artıra bilər

 

Alimlər uzunmüddətli tənhalığın yaşlılarda insult riskini artıra biləcəyini aşkarlayıblar.

 

Tacxeber.com Anadolu Agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Harvard Universitetinin Xalq Sağlamlığı Departamentinin tədqiqatçıları araşdırma aparıblar.

 

Miçiqan Universiteti Sosial Araşdırmalar İnstitutunun apardığı tədqiqatın ilk mərhələsində heç vaxt insult keçirməmiş 50 və daha yuxarı yaşda olan 12161 insana insult riskini ölçmək üçün suallar verilib. 4 il sonra araşdırmanın ikinci mərhələsində 8936 nəfərin ötən dövrdə insult keçirib-keçməmələri ilə bağlı məlumatlar toplanıb.

 

Tədqiqatçılar iştirakçıları tənhalıq səviyyələrinə görə 4 qrupa ayıraraq son 4 ildə insult keçirmiş yaşlılar haqqında məlumatları müqayisə ediblər.

 

Onlar uzunmüddətli tənhalıq səbəbi ilə “xroniki tənhalıq yaşayanlar” qrupunda olanların insult keçirmə nisbətinin yalnızlıq səviyyəsi aşağı olanlara nisbətən 56 faiz daha yüksək olduğunu müəyyənləşdiriblər. Alimlər bu nəticələrin işığında uzunmüddətli təkliyin yaşlılarda “insult ehtimalını artıran risk faktoru” ola biləcəyi qənaətinə gəliblər.

 

Araşdırmanın nəticəsi “eClinicalMedicine” jurnalında dərc olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Gündəlik rasionumuzda xərçəng saçan təhlükə

admin

“Ölkədə 2500 tibb məntəqəsinin 43 faizi xidmətə yararsızdır” –Dövlət Agentliyinin sədri

redaktor

Bağırsaq xərçəngi olan qadın uğurlu SAĞALMANIN SİRRİNİ AÇDI

redaktor