24 C
Bakı
12 Avqust 2025 01:24
DünyaGündəmMuharibə

Şok hesabat: Rusiyanın tank bazaları boşdur!

Rusiya Ukraynada müharibə başlayandan bəri ağır tank itkiləri verib və ola bilsin ki, cəmi bir neçə min zirehli döyüş maşını qalıb.

 

Bu barədə “Nyusvik” süni intellektin peyk təsvirlərinin təhlilinin nəticələrinə istinadla məlumat yayıb.

 

Süni intellekt Rusiyanın 87 hərbi obyektinin, o cümlədən tankların, artilleriya maşınlarının və zirehli personal daşıyıcılarının saxlandığı 16 bazanın peyk şəkillərini öyrənib. Təhlil Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğalından bu günə qədər bu əsas obyektlərdəki tankların sayını hesablayıb.

 

“Bu bazalardan biri Rusiyanın cənub-şərqindəki 111-ci Mərkəzi Tank Ehtiyat Ordusunundur. Peyk şəkilləri göstərir ki, 2021-ci ilin aprel ayında orada 857 tank var idi və indi demək olar boşdur. Məlum olub ki, müharibə başlayandan cəmi bir neçə ay sonra, 2022-ci ilin oktyabrında Rusiya bu tankların demək olar ki, yarısını itirib. Digər hərbi obyektlərin təhlili də oxşar mənzərəni ortaya çıxarıb”, – hesabatda qeyd olunub.

 

Londondakı Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun müdafiə və hərbi təhlil üzrə analitiki Maykl Qyorstad bildirib ki, Rusiyanın anbarlarında hələ də 3200-ə yaxın tank var.

“Amma onların əksəriyyəti pis vəziyyətdədir və böyük təmirə ehtiyacları var”, – analitik bildirib.

 

Avropa Şurasının beynəlxalq münasibətlər üzrə baş elmi işçisi Qustav Qressel də qeyd edib ki, Rusiya əvəz edə biləcəyindən daha çox texnika itirir və tədarüklər azalır:

“Ukraynanın ruslara böyük maddi itkilər verməsi vacibdir ki, onlar üçün vəziyyət kritikləşsin”. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

Ermənilər Putini İrəvanda aksiya ilə qarşılayacaq

redaktor

Tramp: “Ukrayna pullarımızın hara getdiyini izah etməlidir və ya geri qaytarmalıdır”

redaktor

“Tokayev Rusiya ordenindən imtina etdi, Türkiyənin dövlət nişanını qəbul etdi”

redaktor