21 C
Bakı
21 İyun 2025 22:24
Kriminal

Qətli törədən İsmayıl silahı necə əldə edib? – FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Bakının Nərimanov rayonunda, “Metro Park” ticarət mərkəzinin önündə 21 yaşlı İsmayıl Allahverdiyev 24 yaşlı Tural Kosayevi qıza görə qətlə yetirib.

 

Oxu24.com xəbər verir ki, hadisəni törədən şəxs  21 yaşlı İsmayıl Allahverdiyev Bakıda Daxili Qoşunlarda MAXE kimi xidmət edirmiş. Qətli də xidməti silahla törədib.

 

Saytın əldə etdiyi məlumata görə,hadisədən bir müddət öncə tərəflər arasında yaşadıqları kənddə  əlbəyaxa dava olub.

 

Həmin davadan sonra tərəflər arasında münasibət daha da kəskinləşib.

 

Öldürülən şəxs Tural Kosayev qətli törədən İsmayıl Allahverdiyevə zəng edib və onu görüşə çağırıb.

 

Nərimanov rayonu ərazisində yerləşən “Metro Park” ticarət mərkəzinin qarşısında tərəflər arasında mübahisə yaranıb.

 

Tural Kosayev İsmayıl Allahverdiyevə nalayiq ifadələr işlədib.

 

Bu zaman İsmayıl xidməti silahı ilə havaya bir neçə atəş açıb.Daha sonra Tural Kosayevin baş və sinə nayihəsinə atəş açaraq onu qətlə yetirib.Sonuncu yerindəcə keçinib.

Tacxeber.com

 

 

Oxşar xəbərlər

Psixotrop dərmanların əldə olunması üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub – VİDEO

redaktor

Xaçmazda meşədə “plantasiya” aşkarlandı, bir tondan çox narkotik vasitə dövriyyədən çıxarıldı – VİDEO

admin

Liftlərdə uşaqlara zorakılıq edən manyak kameraya düşdü – Həbs edildi

redaktor