16 C
Bakı
27 Sentyabr 2025 05:36
Dünya

Azərbaycanlı “ən çox qazanan rusiyalı” oldu

 

2023-cü il üçün alınan dividendlərə görə 50 ən varlı rusiyalının ikinci illik reytinqi açıqlanıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

 

“Reytinqə dividend gəliri 177,4 milyard rubl (2 milyard dollar) dəyərində qiymətləndirilən “Lukoyl”un əsas səhmdarı Vahid Ələkbərov başçılıq edir”, – məlumatda deyilir.

 

Qeyd olunur ki, “Lukoyl” həm 2022, həm də 2023-cü illərdə dividend ödəyən bir neçə ən böyük Rusiya şirkətlərindən biri olub.

 

Xatırladaq ki, 28,6 milyard dollar sərvətlə Rusiyanın 125 ən varlı adamı siyahısına “Lukoyl” neft şirkətinin şəriki Vahid Ələkbərov başçılıq edir.

Tacxeber.com

Oxşar xəbərlər

Yadplanetliləri ələ keçirmək üçün yeni plan: Artıq qaça bilməyəcəklər

admin

Çexiya XİN rəhbəri: “Rusiya diplomatlarının Şengen daxilində sərbəst hərəkəti qadağan edilməlidir”

redaktor

Teokratik rejim dağılır

redaktor