Hadisə

İlahiyyatçı Hacı Salman saxlanıldı

 

İlahiyyatçı Hacı Salman Kamiloğlu saxlanılıb.

 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinir. Belə ki, Hacı Salman barəsində Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

 

Bildirilib ki, hadisə iyunun 22-də saat 19 radələrində Abşeron rayon Masazır qəsəbəsi ərazisində baş verib. İttihama görə, Hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı seksual xarakterli hərəkətlər edib. Baş vermiş hadisə kameraya düşüb və qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb.

 

Bu gün ərzində Abşeron Rayon Məhkəməsi tərəfindən Hacı Salman Kamiloğlu barəsində qətimkan tədbirinin seçilməsi gözlənilir.

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda avtoyuma məntəqəsinin işçisi maşında faciəvi şəkildə öldü – FOTO

admin

Elektrikə qoşulu adapter partladı, şagirdin əlləri qopdu

redaktor

Təyyarəmizi Rusiya vurub – İstintaqın ilkin nəticələri açıqlandı

redaktor