Dünya

Dünyanın ən humanist və lüks həbsxanası – Video

 

Norveçdəki Halden həbsxanası dünyanın ən humanist və lüks həbsxanası hesab olunur.

 

Tacxeber.com xəbər verir ki, bəziləri onu “dünyanın ən dəbdəbəli həbsxanası” kimi təsvir edir.

 

Nəzarətçi Linn Marqaret Andreassen deyir ki, həbsxana lüks deyil, sadəcə məhbusları həbsxanadan kənardakı, azadlıqdakı həyata hazırlayır:

 

“Əlbəttə, başqalarına əziyyət verən kimsə əziyyət çəkməlidir. Amma biz diqqəti insana və bunun (cinayət) səbəbinə yönəltməliyik.

 

Əsas sual bu olmalıdır ki, məhbuslar bir daha cinayət törətmədən çöldə necə gəzə bilər? Nəzərə almaq lazımdır ki, onlar gələcəkdə mənim, sənin qonşun olacaqlar”.

 

Norveçdə məhbuslar həyatlarını mümkün qədər normal yaşayırlar. Onlar yemək bişirir, oxuyur, işləyir və mühafizəçilərlə vaxt keçirirlər.

 

Qeyd edək ki, Norveç ən aşağı cinayət nisbətinə malikdir.

Tacxeber.com

Oxşar xəbərlər

Tənqid edirik, haqqını da verək: Tramp çox düzgün mövqe ortaya qoyub.

admin

Orban: Üçüncü dünya müharibəsi ehtimalı artır

redaktor

Türkiyədə rusiyalı xilasedicilər dağıntılar altından 150 min dollar tapdılar – FOTO

redaktor