30 C
Bakı
10 Avqust 2025 11:13
Hadisə

Qətlə yetirilən polis kapitanı məşhur müğənninin dayısıoğlu imiş – FOTO

Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən Rövşən Allahverdiyevin odlu silahla qətlə yetirdiyi 3 polisdən biri tanınmış müğənninin qohumudur.

 

Tacxeber.com xəbər verir ki, qətlə yetirilən polislərdən biri Məmmədov Eldəniz müğənni Elnar Xəlilovun dayısıoğludur.

460496

Bu barədə Elnar sosial şəbəkələrdə yazıb.

 

Müğənni dayısı oğlu ilə sonuncu dəfə dünən görüşdüklərini və ona yenicə mayor rütbəsi verildiyini bildirib.

 

Qeyd edək ki, paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərilib. Həmin şəxs 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib.

 

Onlar polis kapitanı Eldəniz Məmmədov, polis serjantları Mahir Ağayev və Mirəli Heydərovdur. Vəfat edən serjantlar DİN-in Çevik Polis Alayının əməkdaşları olub.

460497

 

Oxşar xəbərlər

Qətlə yetirilən şagirdin oxuduğu məktəbin direktorundan AÇIQLAMA

redaktor

Çantası oğurlanan iki şəhid anası: Utancvericidir…

redaktor

Əziz Orucovun həbs müddəti uzadıldı

admin