15 C
Bakı
30 Mart 2026 18:30
CəmiyyətGündəm

“Biri maral, biri eşşək ferması açır, bu, icra başçısıdır, ya fermer?“ – Rəşid Mahmudov

Şəmkirin həbsdə olan keçmiş icra başçısı Alimpaşa Məmmədovun məhkəmədə son söz deyərkən səsləndiridiyi fikirlər müzakirələrə səbəb olub. Qeyd edək ki, sabiq başçı həbsdə qala bilmədiyini, azad olunmaq və Qarabağda quruculuq işlərində iştirak etmək istədiyini deyib.

A.Məmmədovun səsləndirdiyi fikirlərl bağlı Bakupost.az -a açıqlama verən tanınmış ictimai xadim Rəşid Mahmudov onun bu barədə vaxtında düşünməli olduğunu bildirib.

 

R.Mahmudov həbsdə olan sabiq icra başçılarına hansı cəzanın veriləcəyini məhkəmənin müəyyən edəcəyini bildirib:

 

“Sözsüz ki, cəza verilməlidir. Bu əməlləri edən məmur uşaq deyil ki, bunu bilməyərəkdən etdiyini desin. O adam maral ferması saxlayanda, dövlətin puluyla özünə topdağıtmaz mülklər, avtomobillər alanda başa düşməliydi ki, bu qanunsuzluqdur, buna yol vermək olmaz. Neftçalanın həbsdə olan keçmiş icra başçısı İsmayıl Vəliyev də eşşək ferması açmışdı. Bilmirsən, bunlar fermerdi, yoxsa icra başçısı?! Axı bir gün adamdan bunun hesabını sorurlar”.

 

Qeyd edək ki, Alimpaşa Məmmədov 7 il Şəmkir rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. O, 29 aprel 2021-ci ildə Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. A.Məmmədov korrupsiya cinayətlərində ittiham olunur. Həmin vaxt çoxşaxəli biznes fəaliyyətiylə məşğul olduğu deyilən A.Məmmədovun maral fermasının olması isə cəmiyyətdə geniş müzakirələrə səbəb olmuşdu.

Tacxeber.com

Oxşar xəbərlər

Yapon alimi “türk casusu” kimi Ermənistandan qovdular: “Qarabağ Azərbaycanındır deyəndə məni hədələdilər”

redaktor

Putini tənqid edən yaşlı qadını avtobusdan yerə atdılar – VİDEO

redaktor

Ancelina Coli İsrailə sərt reaksiya verdi

admin