16 C
Bakı
27 Sentyabr 2025 02:07
CəmiyyətGündəm

Tanınmış alimdən yeni ittihamlar: “Ətli-canlı müəllimləri arxadan çəkib…”

Təhsil İnstitunun sabiq şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Könül Aydın (Nəhmətova) sertifikatlaşdırma imtahanında yüksək bal toplayan müəllimlərdən danışıb.

 

Tacxeber.comxəbər verir ki, o, bu müəllimlərin imtahandan sonrakı görüntülərini tənqid edib:

 

“Baxırsan, o boyda regional idarədir (Regional Təhsil İdarəsi nəzərdə tutulur – red), paylaşdığı videoya bax. Müəllim imtahandan çıxıb, atlanır onun üstünə, bunun üstünə, ətli-canlı, orta yaşlı xanımdır, budları qalır çöldə, bunlar da arxadan çəkib qoyur səhifəyə. Nə deyim, vallah… Bu idi bizə vəd etdiyiniz gələcək?

 

Bu ya səriştəsizlikdəndir, buna çox da inanmıram, ya da qəsddir. Hər iki halda, ziyandayıq”.

 

Alim təhsil sistemi ilə bağlı tənqidi fikirlərini davam etdirib: “İndiki təhsil “strategiyasının” metodika oyunu da başqa bir müsibətdir ha… Hələ yeni bir metodik mərkəz də açılacaq, əsl toyunuz-düyününüz onda başlayacaq. Metodika da ki kimlərin əlində: bərk gedən rüşvətxor, əzbərçi  bazar adamlarının. Metodika oyunları ilə şikəst etdilər müəllimləri!”

 

Qeyd edək ki, Könül Aydın bir neçə gün öncə tutduğu vəzifədən istefa verib. Alim uzun müddətdir iş yerində təzyiqlərə məruz qaldığını bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

“Əsl türk dili bizim danışdığımız dildir, İlbər Ortaylı da demişdi ki…” – Şahlar Göytürk

redaktor

Xaricdə “Abu Malik” adı ilə vətəndaşlarımızı tutdururdu – DTX həbs etdi

redaktor

Putin infarkt keçirib, son anda həyata qaytarılıb.

admin