12 C
Bakı
28 Mart 2026 20:02
İqtisadiyyat

Xaricdən 5 manata gətirilən kolbasalar marketlərdə 20 manatdan baha satılır

Bu ilin ilk 4 ayı ərzində Azərbaycana xarici ölkələrdən 1 823,6 ton ətdən və əlavə ət məhsullarından hazırlanan kolbasalar və analoji məhsullar idxal edilib.

 

Tacxeber.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan kolbasanın 1 kiloqramının orta gömrük dəyəri 2,9 dollar (4,9 manat) olub.

 

Qeyd edək ki, idxal olunan kolbasanın 82%-i və ya 1 450 tonu Rusiyadan gətirilib. Rusiyadan idxal olunan kolbasanın 1 kiloqramının orta gömrük dəyəri isə 2,4 dollar (4,1 manat) olub.

 

Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Rusiyadan 1 592,7 ton kolbasa idxal olunub.

 

Onu da qeyd edək ki, xaricdən idxal olunan kolbasaların 1 kiloqramının orta satış qiyməti marketlərdə 21 manat təşkil edir.

 

Açıqlanan rəqəmlərdən də göründüyü kimi, idxal kolbasalar marketlərdə gömrük dəyərindən (ölkəyə daxil olma qiyməti) 4 dəfədən çox baha satılır.

Tacxeber.com

Oxşar xəbərlər

Marketdə 17 qəpiyə satılan yumurtanı Rusiyaya 16,8 qəpiyə satırıq

redaktor

“AZAL” və “Buta” niyə birləşir? – Hava nəqliyyatındakı böyük siyasətin pərdəarxası

redaktor

“2025-ci ildə qlobal iqtisadiyyat üçün risklər artacaq”

redaktor