Dünya

Ukraynalılar Rusiyada daha bir neft bazasını partlatdı

Ukrayna PUA-sı Rusiyanın Tambov vilayətindəki Platonovskaya neft bazasına hücumu nəticəsində partlayış baş verib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Tambov vilayətinin qubernatoru Maksim Eqorov məlumat verib.

 

Eqorov teleqramda yazıb ki, yanğını Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə və xilasetmə bölmələrinin qüvvələri söndürür.

 

Bundan əlavə, Pervomayski bələdiyyə dairəsində havada partlayan PUA-nın qalıqları aşkar edilib.

 

Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, Rusiyanın beş regionu – Adıgey, Krasnodar diyarı, Bryansk, Rostov, Belqorod və Oryol vilayətləri hücuma məruz qalıb. Hücum zamanı Adıgeydə neft anbarında yanğın olub, Kubanda bir qadın ölüb.

Tacxeber.com

Oxşar xəbərlər

İş adamının sərvəti bir gündə 17 milyard dollar ARTDI

redaktor

Ukraynada İran istehsalı olan daha 14 dron vurulub

redaktor

Xocavənddə “Böyük Ermənistana aparan tunel” aşkarlandı

redaktor