28 C
Bakı
11 Avqust 2025 21:20
Dünya

Müharibəyə dair dəhşətli xəbər: Rusiyanın itkiləri 530 mini ötdü

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1170 hərbçisini itirib.

 

Tacxeber.comUNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 530 920 nəfərə çatıb.

 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 3 tank, 18 zirehli döyüş maşını, 45 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Uşağın cinsiyyətini öyrənmək üçün əraziyə rəngli bomba atdılar – VİDEO

redaktor

Dünya Bankının rəhbəri vəzifəsinə namizədliyi irəli sürüldü

redaktor

İndoneziyada 6,2 bal gücündə zəlzələ baş verdi

redaktor