24 C
Bakı
24 İyun 2025 20:11
Dünya

Qlobal istiləşmə Ağrı dağının buzlaqlarından da yan keçmədi

 

Təsirlərini indi daha yaxından hiss etdiyimiz iqlim dəyişikliyi Ağrı dağından da yan keçməyib.

 

APA xəbər verir ki, aparılan araşdırmalar zamanı dağdakı buzlaqların 40 faizdən çox kiçildiyi məlum olub.

 

Belə ki, 1987-ci ildə 8,42 kvadrat kilometr olan buzlaqlar 2022-ci ildə 4,96 kvadrat kilometrə qədər azalıb.

 

Temperaturun artması yağacaq olan qarın yağış formasında düşməsinə, beləliklə də qar örtüyünün və buzlaqların əriməsinə, nəticədə çaylarda su axınının azalmasına səbəb olur.

 

Temperaturun yüksəlməsi Türkiyənin ən hündür zirvəsi olan Ağrı dağına da mənfi təsir göstərir.

Tacxeber.com

Oxşar xəbərlər

“Ukraynanın PUA-ların təchizatına ehtiyacı yoxdur, çünki onları özü istehsal edir”

redaktor

CHP sədri Özgür Özələ hücum edən kimdir?

admin

Çil formasında tatu etdirdi “meymunçiçəyi”nə bənzədi – FOTO

admin