28 C
Bakı
12 Avqust 2025 18:56
DünyaHadisə

Moskvada ikinci akt: MİT-in sayəsində qarşısı alınıb.

Türkiyənin xüsusi xidmət orqanları rusiyalı həmkarlarına xəbərdarlıq edib və Moskvada “Crocus City Hall” ticarət mərkəzinə hücumdan sonra ikinci terror aktının qarşısını almağa kömək edib.

 

Tacxeber.com “Hürriyet”ə istinadla xəbər verir ki, bu barədə qəzetin köşə yazarı Hande Fırat yazıb:

“Konsert zalına ilk hücumdan sonra terror qruplaşması ikinci terror aktını planlaşdırmışdı. İzdihamlı ticarət mərkəzinə hücum edəcəkdilər. Türkiyə kəşfiyyatı Moskva ilə əlaqə quraraq ikinci böyük terror aktının qarşısını aldı”. SEO Nədir

 

Nəşrin məlumatına görə, terror aktını İŞİD terror təşkilatı ilə əlaqəli olan “Vilayət Xorasan” qruplaşmasının yaraqlıları hazırlayıb.

 

Türkiyə xüsusi xidmət orqanları yanvarın sonunda İstanbuldakı Müqəddəs Məryəm katolik kilsəsinə hücumda iştirak edən “Vilayət Xorasan” təşkilatının yerli özəyinin fəaliyyətini uzun müddət izləyib. Xüsusi xidmət orqanları bir sıra şəxsləri dindirib, sonra Rusiya tərəfi ilə əlaqə saxlayıblar.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya Müdafiə Nazirliyinin binasında yanğın baş verib – VİDEO

redaktor

Avropa ölkəsində “Telegram”, “WhatsApp” və “Signal” proqramları qadağan olundu.

admin

Türkiyədə güclü zəlzələ baş verdi

redaktor