Dünyaİdman

Rəşad Sadıqov favoritlərini açıqladı

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov iyunun 14-də Almaniyada start götürən Avro-2024 haqqında fikirlərini bölüşüb.

 

Mütəxəssis QOL.az saytına açıqlamasında İspaniya, Almaniya, İngiltərə və Fransa millilərini favorit hesab etdiyini söyləyib:

 

“Avropa çempionatının ilk günləri bunu göstərdi ki, komandalar ehtiyatlı oynayırlar. Meydanda taktiki savaş gedir. Heç kim məğlub olmaq istəmir. Standart vəziyyətlər çox önəmli olub. Standart vəziyyətlərdən çoxlu təhlükəli epizodlar yaranır, qollar vurulur. Düşünürəm ki, günlər keçdikcə komandalar daha açıq, baxımlı futbola üstünlük verəcəklər. İspaniya, Almaniya, İngiltərə favoritdir. Fransanın oyununu gələ görməmişik, amma onlar da favoritlər siyahısındadırlar. Məncə, bu komandalar sona qədər çempionluq uğrunda mübarizə aparacaqlar”.

 

Qeyd edək ki, Avro-2024 iyulun 14-də başa çatacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Dubayda turistlər müsəlman cütlüyə lağ etdilər – ANBAAN VİDEO

redaktor

Bibliyanın xəbərdarlığı reallaşır: Nəhəng çay quruyur – Təhlükə nədir?

redaktor

Qərbin müharibə ilə bağlı gizli planı – Kiyevi narazı salacaq sülh sazişində nələ var?

admin