21 C
Bakı
23 İyun 2025 03:59
DünyaGündəm

Putin Qərbə meydan oxudu: “Ukraynaya təklif etdiyim şərtləri qəbul etməsəniz…” – VİDEO

 

“Əgər Kiyev və Qərb ölkələri əvvəlki kimi Rusiyanın sülh təklifindən imtina etsələr, tökülən qana görə bütün siyasi və mənəvi məsuliyyət onların üzərinə düşəcək. Təbii ki, bu onların öz işidir”.

Tacxeber.com xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin Rusiya XİN rəhbərliyi ilə birgə keçirilən konfransda çıxışı zamanı səsləndirib.

Putin əlavə edib ki, cəbhə xəttində reallıqların dəyişməsi Kiyevin xeyrinə deyil və danışıqların başlaması üçün şərtlər fərqli olacaq.

Qeyd edək ki, sözügedən konfransda Putin Rusiyanın sülhlə bağlı şərtlərini də açıqlayıb:

“Ukrayna qoşunları Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin bütün ərazilərindən tamamilə çıxarılmalıdır. Yeni ərazilər əbədi olaraq Rusiya Federasiyasınındır, bu məsələ müzakirə belə edilə bilməz. Eyni zamanda, Kiyev NATO-ya inteqrasiya niyyətlərindən əl çəkməlidir. Yalnız bu halda danışıqlar mümkündür”.

Oxşar xəbərlər

Mingəçevirdə həkim xəstənin qarnında tənzif unutdu – Bağırsağı çürüdü

admin

Ukraynalı kimsəsiz uşaqlar Türkiyəyə gətirildi

redaktor

Donald Trampdan Vladimir Putin haqqında inanılmaz sözlər: düşünməyə başlayıram ki…

redaktor