16 C
Bakı
26 Sentyabr 2025 23:13
Dünya

ABŞ və Ukrayna 10 illik təhlükəsizlik sazişi imzaladı

ABŞ Prezidenti Co Bayden İtaliyada keçirilən sammit çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə Vaşinqton və Kiyev arasında 10 illik təhlükəsizlik sazişi imzalayıb.


Tacxeber.com
 xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Tərəflər bu razılaşmanı Ukraynanın NATO alyansındakı mümkün üzvlüyünə körpü kimi baxır”, – agentlik sənədin mətnindən sitat gətirir.

“Ukraynanın təhlükəsizliyini təmin etmək üçün hər iki tərəf Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatının standartlarına cavab verən əhəmiyyətli silahlı qüvvələrə, güclü imkanlara və hərbi sənaye kompleksinə davamlı investisiyalara ehtiyacı olduğunu qəbul edir”, – sazişdə deyilib.

Qeyd edilir ki, ABŞ Ukraynaya hərbi məhsullar, kəşfiyyat məlumatları, hərbi təlimlər və hərbi sənaye kompleksinin inkişafı ilə bağlı yardım göstərmək niyyətindədir.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyada Nobel mükafatı almış jurnalist xarici agent elan olundu

redaktor

Teleaparıcı milçək uddu, canlı yayım davam etdi – VİDEO

redaktor

Dünyanın ən böyük üzən kitabxanası bu ölkəyə gəlir…-FOTOLAR

redaktor