29 C
Bakı
11 Avqust 2025 14:51
Cəmiyyət

Sosial şəbəkələrdə gündəm olan işıqforla bağlı rəsmi açıqlama – FOTO

 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev müzakirələrə səbəb olan işıqforla bağlı məsələyə aydınlıq gətirib.

 

Qurum Rəsmisi Ölkə.Az-a açıqlamasında bildirib ki, işıqforu vətəndaş “sellofana” salıb və daha sonra dövlət qurumuna məlumat verib:

 

“Hadisə ötən həftənin şənbə günü Tərtərdə olub. Həmin gün hava şəraiti yağışlı və küləkli olduğundan işıqforun vaxtı göstərən ekranı qırılaraq aşağı sallanıb. Bunu görən yaxınlıqdakı mağaza sahibi ora gələrək işıqforun ekranını sellofana bükərək yuxarıdan asıb və yol polisinə bu barədə məlumat verib.

 

Yarım saat ərzində idarənin əməkdaşları yaxınlaşaraq problemi dərhal həll ediblər. Sadəcə işıqforun fotoları sosial şəbəkələrdə paylaşıldığından müzakirələrə səbəb olub”.

***

Azərbaycanda çəkildiyi deyilən işıqfor görüntüsü gülüş doğurub.

 

Belə ki, sosial şəbəkədə yayılan görüntülərdə qurğunun sellofanla “təmir edildiyi” əks olunub.

 

Fonda yer alan dondurma soyuducusunun üzərindəki reklam yazısı fotonun Azərbaycan çəkildiyindən xəbər verir. Lakin maraqlı işıqforun hansı ərazidə olduğu dəqiq deyil.

Tacxeber.com

 

 

Oxşar xəbərlər

Altı ay komada qaldı, dəfnə aparılanda ayıldı: Ölüb-dirilən şəxs nə DANIŞDI?

redaktor

34 ildir məsciddə çalışan mürdəşir: “Cəsədləri qurd basmışdı, bəzilərinin isə yarısı yox idi”

redaktor

Putinin COP29-da iştirak üçün Bakıya gəlməyəcək

admin