26 C
Bakı
11 Avqust 2025 05:44
Gündəmİdman

“Qurban Qurbanov öz istəyi ilə iclasa qatılmadı.

“İşçi qrupu ilə müzakirələr aparıldı, onların da fikri nəzərə alındı. Konkret olaraq hər şeyi açıqlaya bilmərik. Yalnız onu deyim ki, bu seçimdə hər kəsin mövqeyi nəzərə alınıb”.

 

Bu sözləri AFFA-nın İcraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə seçimlə bağlı danışarkən deyib.

O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun dünən AFFA İcraiyyə Komitəsinin onlayn formatda keçirilən iclasına qatılmamasına da münasibət bildirib.

S.Hacıyev qeyd edib ki, mütəxəssis öz xahişi ilə toplantıda iştirak etməyib: “İclasda yalnız bir məsələ, milli komandamızın baş məşqçi məsələsi müzakirə olunacaqdı. Qurban Qurbanov daha əvvəl milli komandamızın baş məşqçisi olub. Məhz bu həssaslığını nəzərə alaraq, o, öz xahişi ilə iclasa qatılmadı. Biz də Qurban müəllimin istəyi ilə razılaşdıq”. (Qol)

Tacxeber.com

Oxşar xəbərlər

Mariya Stadnikin də yarışdığı çəkidə finalçı diskvalifikasiya edildi

admin

Leyla Yunus: “Əfv siyasi məhbus problemini həll etmir, 2-3 nəfəri buraxırlar, 5-10 nəfəri həbs edirlər”

admin

Əgər Tofiq Yaqubluya 15-20 km fiziki məsafədən “rüşvət alma” ittihamı ilə 9 il iş veriblərsə, ……

admin