Dünya

Təyyarə qəzaları: Putin “uçmaqdan” çəkinir?

Rusiya Prezidenti Vladimir Putin etibarlı yerli təyyarələrdən istifadə edir.

 

Tacxeber.com xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov İran Prezidenti İbrahim Rəisinin helikopter və Malavi vitse-prezidenti Saulos Çilimanın təyyarə qəzasında həlak olmasından sonra Rusiya lideri Putinin hava nəqliyyatı ilə bağlı ehtiyat tədbiri görüb-görmədiyi barədə sualı cavablandırarkən deyib.

 

“Rusiya prezidenti yerli təyyarələrdən istifadə edir, bunlar da çox etibarlı təyyarələrdir. Həmin təyyarə və helikopterlərə xüsusi texniki qulluq göstərilir. Ölkəmizdə istənilən avadanlığa lazımi səviyyədə xidmət var. Bununla bağlı çox ciddi standartlar mövcuddur, təbii ki, bunlara dəqiq əməl olunur”, – o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Liz Trass Böyük Britaniyanın yeni Baş naziri seçilib

redaktor

Koronavirusdan sonra yeni QORXUNC KABUS gəlir – İngiltərədə 6 uşağın həyatına son qoyub

redaktor

İsrailin Baş naziri: Ölkədəki silsilə terror aktlarının arxasında İran dayanır

redaktor