Dünya

Təyyarə qəzaları: Putin “uçmaqdan” çəkinir?

Rusiya Prezidenti Vladimir Putin etibarlı yerli təyyarələrdən istifadə edir.

 

Tacxeber.com xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov İran Prezidenti İbrahim Rəisinin helikopter və Malavi vitse-prezidenti Saulos Çilimanın təyyarə qəzasında həlak olmasından sonra Rusiya lideri Putinin hava nəqliyyatı ilə bağlı ehtiyat tədbiri görüb-görmədiyi barədə sualı cavablandırarkən deyib.

 

“Rusiya prezidenti yerli təyyarələrdən istifadə edir, bunlar da çox etibarlı təyyarələrdir. Həmin təyyarə və helikopterlərə xüsusi texniki qulluq göstərilir. Ölkəmizdə istənilən avadanlığa lazımi səviyyədə xidmət var. Bununla bağlı çox ciddi standartlar mövcuddur, təbii ki, bunlara dəqiq əməl olunur”, – o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan bayrağı Təbrizdə dağa həkk edildi

redaktor

Cərrah əməliyyat masasında 82 yaşlı qadını döydü – VİDEO

redaktor

Tayvan Çinin chatbotundan istifadə etməyəcək

admin