12 C
Bakı
28 Mart 2026 21:44
Cəmiyyət

“Lalafo”dan velosiped almaq istədi, 410 manatı oğurlandı

“Lalafo”dan velosiped almaq istədi, 410 manatı oğurlandı

Abşeron rayon sakininin kartından xeyli pul oğurlanıb.

 

Tacxeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakini T.Həsənov oğluna “Lalafo” saytından velosiped almaq istəyib. O, bəyəndiyi velosipedi almaq üçün satıcıya kart məlumatlarını göndərib. Lakin az sonra T.Həsənovun kartından 410 manat pul oğurlanıb.

 

Hadisə ilə bağlı polisə müraciət edildikdən sonra əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Oğurluqda şübhəli bilinən 1983-cü il təvəllüdlü Sabir Abışov saxlanılıb.

 

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

MMA üzrə baş məşqçi Bakıda saxlanıldı – SƏBƏB

admin

Bu ölkədə dövlət qurumlarının, məmurların heç vaxt günahı olmur.

admin

Məşhur aparıcı Xose Bernardo narkotikə necə qurşandı?

redaktor