2 C
Bakı
11 Fevral 2026 10:36
CəmiyyətHadisə

“Minimum əməkhaqqı ilə vətəndaşın xoşbəxt olması mümkün deyil”

“DSMF büdcəsində əlavə 30 milyon gəlir nəzərdə tutulur. Bu, aparılan şəffaflaşdırma və əmək haqqında artım hesabına edilən açıqlamada qeyd edilib”.

 

Bu fikirləri deputat Fazil Mustafa Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasında bildirib.

“Amma əksər məqsədli proqramlar öz təsdiqini tapmır. İşə düzəlmədə hamı çətinlik çəkir. Ona görə məqsədli proqramda bunu xatırlatmağa ehtiyac yoxdur. Özəl sektorla bunu bacarmayanda biz yenə yıxırıq yükü dövlətin üzərinə ki, əlavə kvotalar yarat. Niyə dövlətə əlavə yük yıxaq?

 

İşsizlikdən Sığorta Fondunda isə 53 milyon manat istifadəsiz vəsait var. Bunu sahibkarlığın inkişafına yönləndirməliyik. İş yerlərini sahibkarlar yarada bilər. Minimum az miqdarda əməkhaqqı ilə hansısa vətəndaşın xoşbəxt olması mümkün deyil. Biz özəl sektorun imkanlarını genişləndirməliyik”.

Tacxeber.com

Oxşar xəbərlər

Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU: Yarım milyonluq DƏLƏDUZLUQ

redaktor

Çeçenistandan qaçmış qadının Ermənistanda qəsdən öldürülməsi şübhəsi ilə cinayət işi açılıb

admin

Tiflisə giriş-çıxış bağlandı.

admin