25 C
Bakı
11 Avqust 2025 07:07
Dünya

Ukraynada qanun layihəsi təsdiqləndi – İngilis dili bağçadan keçiriləcək

Ali Rada Ukraynada ingilis dilinin statusu haqqında qanun layihəsini ikinci oxunuşda qəbul edib.


Tacxeber.com
 xəbər verir ki, bu barədə “Zerkalo nedeli” deputat Yaroslav Jeleznyaka istinadən məlumat yayıb.

Bildirilir ki, qanun layihəsini 236 deputat dəstəkləyib, üç deputat əleyhinə səs verib, daha 46 deputat isə bitərəf qalıb.

Bu sənəd, digər məsələlərlə yanaşı, uşaq bağçalarında və təhsilin bütün pillələrində icbari ingilis dilinin öyrənilməsinin tətbiqini nəzərdə tutur.

Qanun layihəsinə əsasən, məmurlar, o cümlədən dövlət administrasiyalarının rəhbərləri, habelə onların müavinləri ingilis dilini bilməlidirlər. Bundan başqa, bu tələb hərbi qulluqçulara, orta və yüksək rütbəli polis əməkdaşlarına, prokurorluq, gömrük və vergi orqanları əməkdaşlarına, elmi müəssisələrin və ali təhsil müəssisələrinin rəhbərlərinə şamil ediləcək.

Tacxeber.com

Oxşar xəbərlər

Mask: “Onları məhv edəcəm”

redaktor

Rusiya XİN Ukrayna ilə sülh üçün şərtləri açıqladı

admin

Pakistanda 180-dən çox insan bu səbəbdən öldü

redaktor