12 C
Bakı
28 Mart 2026 11:44
Dünya

Ukraynada qanun layihəsi təsdiqləndi – İngilis dili bağçadan keçiriləcək

Ali Rada Ukraynada ingilis dilinin statusu haqqında qanun layihəsini ikinci oxunuşda qəbul edib.


Tacxeber.com
 xəbər verir ki, bu barədə “Zerkalo nedeli” deputat Yaroslav Jeleznyaka istinadən məlumat yayıb.

Bildirilir ki, qanun layihəsini 236 deputat dəstəkləyib, üç deputat əleyhinə səs verib, daha 46 deputat isə bitərəf qalıb.

Bu sənəd, digər məsələlərlə yanaşı, uşaq bağçalarında və təhsilin bütün pillələrində icbari ingilis dilinin öyrənilməsinin tətbiqini nəzərdə tutur.

Qanun layihəsinə əsasən, məmurlar, o cümlədən dövlət administrasiyalarının rəhbərləri, habelə onların müavinləri ingilis dilini bilməlidirlər. Bundan başqa, bu tələb hərbi qulluqçulara, orta və yüksək rütbəli polis əməkdaşlarına, prokurorluq, gömrük və vergi orqanları əməkdaşlarına, elmi müəssisələrin və ali təhsil müəssisələrinin rəhbərlərinə şamil ediləcək.

Tacxeber.com

Oxşar xəbərlər

Ölümcül tələ, SSRİ-dən gizli qaçış, bakılı qızla üzücü ayrılıq… – II YAZI İki prezident, bir baş nazirlə görüşdü, yaydığı sirlər kitab oldu, ömrünü tənha başa vurdu

admin

İsrailin Qəzzaya hücumları davam edir: şəhər xarabalığa çevrildi – VİDEO

redaktor

Körfəz böhranı ilə bağlı xəbərlər həddindən artıq şişirdilir.

redaktor