Cəmiyyət

Sabiq baş nazirin inəklərlə selfi istəyi: isti qarşılamadılar… – FOTO

 

Azərbaycanın sabiq baş naziri inəklərlə selfi çəkdirmək istəsə də, inəklər onun bu “təklif”indən heç də mənun qalmayıb. Ən maraqlısı budur ki, sabiq baş nazir inəklərlə selfi çəkilişi zamanı biri arxasını, digəri də üzünü geriyə çevriib.

 

Tacxeber.com xəbər verir ki, Azərbaycanın sabiq baş naziri, Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn Sabirabad rayonunda öz kəndində olarkən inəklərlə selfi çəkdirmək istəyib. Amma bu istək uğurlu alınmayıb.

 

Bununla bağlı Pənah Hüseyn Facebook sosial şəbəkəsindəki hesabında paylaşım edib.

 

O yazıb: “Bir neçə dəqiqə əvvəl imisti südlərini içib ləzzət aldığım inəklərimizlə selfi çəkmək həvəsinə düşdüm, sıcaq qarşılanmadım… Qağam və bacımın həyətində (biz atama qağa, anama bacı demişik) – kənddəyəm. Hamınıza xoş anlar qismət olsun!”

Oxşar xəbərlər

Yaxın qohumların nikahına qadağa qanunsuzdur – Professor

redaktor

Fədayə Laçın həbsdə olan Rəşad Dağlı ilə bağlı görün nə paylaşdı

redaktor

Nazirlik eyni binanın tikintisi üçün yenidən eyni şirkətə milyonlar ayırdı – Qalib şirkət kimindir?

admin