16 C
Bakı
27 Sentyabr 2025 01:35
Şou

“Yalan deyirəmsə, Allah məni öldürsün”

 

“Yalan deyirəmsə, Allah məni öldürsün…”

 

Tacxeber.com xəbər verir ki, bu sözləri müğənni Əməkdar artist Yusif Mustafayev “Həmin Zaur” verilişində deyib.

 

Müğənni onu varlı hesab edən və ondan pul istəyən insanlara səslənib:

 

“Deyirlər, zavod tik, mən kiməm ki, zavod tikəm? Sadə müğənniyəm. Bir dənə qazanc yerim boğazımdır. Bundan başqa qazanc yerim varsa, Allah məni öldürsün. Yaxşı millətimiz var, amma aramızda naqislər də var, mərdi qova-qova namərd edirlər. Nə etmişəmsə, rəhmət qazanmaq üçün etmişəm.

Ərindən boşanan gəldi ki, mənə yardım elə, həbsdən çıxan yardım istədi. Elə bilirlər bir “Kamaz” pulum var. Allaha and olsun, yoxumdur. Sadəcə olaraq, Allah qazandığım puluma bərəkət verir. Allah mənə halal övladlar verib. Oğlanlarım da özüm kimidir. Deyirlər ata, tövbə-tövbə, evimizə haram pul gətirmərik”. (“Yeniçağ”)

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanlı meyxanaçının böyrəkləri işləmir, aparatla yaşayır – VİDEO

redaktor

Dünyanın ən güclü 100 qadını açıqlandı – SİYAHI

admin

Öldürülən müğənninin ailəsi Mirəliyevi məhkəməyə verir: “Bacıma pul borcludur”

redaktor