24 C
Bakı
12 Avqust 2025 00:27
Dünya

Tramp Baydenin bağlatmaq istədiyi “TikTok”da qeydiyyatdan keçdi – VİDEO

 

“TikTok” sosial şəbəkəsində ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesabı peyda olub. “Realdonaldtrump” adlı istifadəçinin hesabı təsdiqlənib. Hesaba yarım milyona yaxın insan abunə olub.

Tacxeber.com xəbər verir ki, səhifədə Trampın beynəlxalq idman təşkilatı UFC-nin tədbirində iştirak etdiyi yalnız bir video yayımlanıb.

Xatırladaq ki, Donald Trampın qarşıdakı prezident seçkisində rəqibi Co Bayden “TikTok”un ABŞ-da bağlanmasının aktiv tərəfdarıdır.

Çin platforması olan “TikTok”un ABŞ bölümünün Amerika şirkətinə satılması, əks təqdirdə qapanması iddiası ilə məhkəmə prosesi başladılıb. Müşahidəçilər hesab edir ki, Trampın bu addımı prezident seçkisində xal yığmağa hesablanmış texnoloji gedişdir.

Tacxeber.com

Oxşar xəbərlər

Hindistan sahillərində gəmi PUA ilə vuruldu

admin

Xerson merinin müavini Rusiya ilə əməkdaşlıqda ittiham olunaraq SAXLANILDI

redaktor

Elm dünyasını ikiyə bölən sual: Heyvanlar zəlzələni əvvəlcədən hiss edirmi?

redaktor