Dünya

Saakaşvilinin partiyasının binasına hücum edildi

Gürcüstanda ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın Tbilisidəki mərkəzi ofisi şənbə günü gecə hücuma məruz qalıb.

 

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, hücumda 100-ə yaxın şəxs iştirak edib. Onlar ofisin divarlarını yazıb.

 

“Vandalizm aksiyası saat yarıma yaxın davam edib. Ofis binasının fasadı zərər çəkib, şülələr sındırılıb”, – partiyanın açıqlamasında deyilir.

 

Daxili İşlər Nazirliyi ofisə hücumla bağlı hər hansı şərh verməyib.

 

Qeyd edək ki, “Vahid Milli Hərəkat”ın təsisçilərindən biri hazırda həbsdə olan eks-prezident Mixail Saakaşvilidr.

Tacxeber.com

Oxşar xəbərlər

Fransa generalı: Ukraynaya ordu yeridilə bilər

redaktor

“Putin bizə rus dilindən istifadə etdiyimiz üçün təşəkkürünü bildirdi”

admin

Britaniya Ukraynaya min raket göndərəcək

redaktor