24 C
Bakı
21 Oktyabr 2026 19:09
Sağlamlıq

Dəri xərçəngini erkən mərhələdə aşkar edən plastır yaradılıb

İsveçin Karolinska İnstitutunun alimləri dərinin səthində bədxassəli melanomanın biomarkerlərini tuta bilən mikroiynəli yeni növ plastır hazırlayıblar.

 

Oxu.az xəbər verir ki, plastır bədxassəli melanoma üçün mühüm biomarker olan tirozinazı aşkarlaya bilən mikroiynələrlə təchiz olunub. Bu, melanositlərdən – melanin istehsal edən dərinin piqment hüceyrələrindən inkişaf edən bədxassəli bir şişdir. Dəridə birbaşa ferment səviyyələrini ölçməklə, xəstəliklə bağlı dəyişikliklər tez bir zamanda müəyyən edilə bilər.

 

İnkişaf artıq sağlam könüllülərdən götürülmüş insan toxuması nümunələri üzərində sınaqdan keçirilib. Əvvəlcə alimlər tirozinazanı birbaşa dəriyə tətbiq ediblər və sonra onun səthinə plastır qoyublar. Tədqiqatçılar qeyd ediblər ki, bu prosedur çox ağrılı deyil. Bundan əlavə, plastırın istifadəsi ənənəvi biopsiya ilə müqayisədə diaqnostik nəticələri daha tez əldə etməyə imkan verir.

Tacxeber.com

Oxşar xəbərlər

Yaş qozun faydalarını bilirsinizmi?

redaktor

Şəfa deposu narlı çay resepti

redaktor

Rusiyadan dəhşət xəbərləri:Sibirdə nə baş verir?

redaktor